Ölkə Prezidentinin regionların iqtisadi-sosial inkişafına dair dövlət proqramına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi şəhərimizdə, o cümlədən rayonumuzda abadlıq və yenidənqurma işləri son illər çox böyük sürətlə davam etdirilir.
Bu hərəkətin bariz nümunəsi olaraq Kəpəz rayonunda yeni yaradılmış əhali sayı 8 mindən çox Məhsəti və əhali sayı 3,5 min nəfər olan Natəvan qəsəbələrində abadlıq işləri aparılır.
-
Çox qısa bir müddət ərzində şəhər İcra Hakimiyyəti aparatının təşkilatçılığı və rəhbərliyi altında Məhsəti qəsəbəsində eni 15 metr, uzunluğu 2500 metr olan asfalt yol salınmışdır. Yol kənarlarına 5000 metr bordür düzülmüşdür. Daha 2400 metr asfalt yolun salınması üçün hazırlıq işləri başa çatdırılmışdır. Yol kənarında gecə işıqlandırılması üçün 70 ədəd işıq dirəyi quraşdırılaraq küçə işiqlandırılması təmin edilmişdir.
-
Bu işlər Natəvan qəsəbəsində də müvəffəqiyyətlə həyata keçirilir. Qəsəbədə gedən mərkəzi yol genişləndirilərək eni 14-17 metr uzunluğu 1500 metr olan asfalt örtük salınmışdır. Eni 14-20 metr, uzunluğu 1700 metr olan qəsəbə daxili yollda asfaltsalma işi davam etdirilir. Həmin ərazilərdə 6400 metr uzunluğunda bordür salınmışdır. Gecə işıqlandırılması üçün 100 ədəd işıq dirəyi quraşdırılaraq küçə işiqlandırılması təmin edilmişdir. Məhsəti qəsəbəsində olduğu kimi Natəvan qəsəbəsində də yer üstü telefon xəttləri yeraltı telefon xəttləri ilə əvəz edilmiş, əhalinin telefona olan tələbatı ödənilmişdir. Açıq elektrik hava xəttləri kabel xəttləri ilə əvəzləşdirilir. Qaz kəmərləri yeniləşdirilir.