Respublikanın nəqliyyat arteriyasının özəyini təşkil edən Azərbaycan Dəmir yolunun Gəncə şöbəsi rayon ərazisində yerləşməklə tam gücü ilə fəaliyyət göstərir.
Bütün Gəncə şəhərinə xidmət göstərən və yüksək göstəricilərlə işləyən Telekommunikasiya idarəsi rayon ərazisində yerləşir.
Rayon əhalisinə xidmət etmək üçün 15 rabitə şöbəsi və 9 Mənzil İstismar Sahəsi fəaliyyət göstərir.