Eldəniz Əmir oğlu Xudiyev 21 noyabr 1973-cü ildə Qazax rayonunda anadan olub. 1980-ci ildə Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbin 1-ci sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbin 10-cu sinifini bitirib.
-
1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “İqtisadiyyat” fakultəsinə daxil olub, 1995-ci ildə həmi fakultəni bitirərək “Mühasibat uçotu və maliyyə üzrə iqtisaçı” ixtisasına yiyələnib. Təhsil aldığı müddətdə 1993-cü ilin mart ayından 1996-cı ilin fevral ayınadək “ƏSİME” sahibkar müəssisəsində direktor vəzifəsində işləyib.
-
1994-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Hərbi” fakültəsində hərbi kurs keçərək leytenant rütbəsinə yiyələnib.
-
1996-cı ilin mart ayından Gəncə şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafı şöbəsində təlimatçı, 1996-cı ilin sentyabr ayından Sənaye nəqliyyat və rabitə şöbəsində məsələhətçi və 1999-cu ilin iyul ayından 2003-cü ilin may ayınadək soaial-iqtisadi məslələri şöbəsində böyük iqtisadçı vəzifəsində işləyib.
-
2002-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə tam kursu bitirib.
-
2003-cü ildən 2006-cı ilədək Azərbaycan Beyənlxalq Əməliyyat şirkətinin padratçısı olan “İnteko” MMC-də “BTC” və “Qərb İxrac Boru Kəməri” üzrə zona rəisi vəzifəsində işləyib.
-
1996-cı ilin mart ayından Yeni Azərbaycan Partiyqsının üzvüdür. Həmin ildən 2003-cü ilədək Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Gəncə şəhər təşkilatının sədri olub.
-
2007-ci ilin sentyabr ayından 2010-cu ilin aprel ayınadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dəftərxana rəisi vəzifəsində işləyib.
-
2010-cu ilin may ayından 2011-ci il 4 mart tarixinədək Azərbaycan “Aqromexanika” Elmi Tədqiqat İnstitutunun Texniki təchizat bölməsinin baş mütəxəssisi vəzifəsində işləyib.
-
2011-ci ilin iyun ayına qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı aparatının Sosial-iqtisadi məsələlər bölməsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində işləyib.
-
29 iyun 2011-ci il tarixdə Azərbaycan Respublika Prezidentinin 1584 saylı sərəncamı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir. Üç övladı var.