Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev vətəndaş qəbulu keçirib.
Vətəndaş qəbulunda Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Kəpəz Rayon Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev və Aparatın məsul əməkdaşları iştirak etmişdir.
Qəbulda vətəndaşların şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında maddi yardımın göstərilməsi, torpaq sahələrinin sənədləşdirilməsi və digər məsələlər müzakirə olunub. Bir çox məsələ elə yerindəcə öz həllini tapıb. Kəpəz Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər ilə bağlı vətəndaşların aidiyyəti qurum üzrə müraciət etmələri tövsiyyə olunub.
Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlığını bildiriblər.