Kəpəz rayonunda Kəpəz Rayon İcra Hakimiyyəti və Kəpəz Rayon Polis idarəsi birgə qanunsuz küçə ticarətinə qarşı profilaktik tədbirlər keçirilib. Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətinə maneçilik yaradan və küçələrdə antisanitar vəziyyətlər aşkarlanmışdır.
Reyd zamanı 10-a yaxın vətəndaşa xəbərdarlıq edilmiş və onlara yalnız ticarət üçün müəyyən olunmuş yerlərdə ticarətlə məşğul olmaları diqqətinə çatdırılmışdır və öncədən xəbərlıq olunmuş lakin xəbərdarlığa baxmayaraq qanunsuz küçə ticarətini davam etdirən vətəndaşlara İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.