"Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 40 yaş və daha yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyası aparılır.
Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev də "COVİD-19"-a qarşı peyvənd olunub. İcra başçısı vaksin vurulduqdan sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.
Xatırladaq ki, Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb və ilkin olaraq tibb işçilərinin vaksinasiyası həyata keçirilib. Hazırda prosses davam edir.