Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin inzibati binasında Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qəbulu keçirilib.
Qəbulda Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, Kəpəz Rayon Bələdiyyəsinin sədri, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə işin aparıcısı və ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər. Qəbulda müraciət edən sakinlər tərəfindən torpaq məsələsi, evin təmirinə köməklik göstərilməsi, maddi yardım, işlə təmin olunmasına köməklik göstərilməsi və s. problemlərə dair qaldırılan məsələlər dinlənildikdən sonra, rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verib. Eyni zamanda, RİH başçısı digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verib.
Sonda qəbula yazılanlar səmimi qəbula görə RİH-nin başçısına razılıqlarını bildiriblər.