Bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində respublikamızın hər bir yerində olduğu kimi, Gəncə şəhərinin Kəpəz rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və yaralı hərbçilərə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.
20 Yanvar faciəsinin otuzbirinci ildönümü ərəfəsində Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, Kəpəz Rayon Polis İdarəsinin rəisi, Kəpəz Rayon Bələdiyyəsinin sədri və rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları tərəfindən Şəhidlər Xiyabanı və Kəpəz rayonu ərazisində yerləşən "20 Yanvar" abidəsinndə canlarından keçən şəhidlər ziyarət olunmuşdur.
20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyasının ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.