Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarından və hüquq-mühafizə orqanlarından ibarət mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə reydlər davam etdirilir.
Reydlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.
Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.