Gəncə Şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.
Ağacəkmə aksiyasında Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və KRİH-nin əməkdaşları da iştirak ediblər.
Ümumilikdə 2783 ağac əkilib. Əsasən Eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa dilənib.