Koronavirus (COVİD – 19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirlərinə dəstək çərçivəsində Kəpəz rayon ərazisində genişmiqyaslı maarifləndirmə işləri davam etdirilir.
Kəpəz Rayon İcra Hakimiyyəti və Polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən kəpəz rayon ərazisində keçirilən reydlər zamanı tibbi maskadan istifadə etməyən, əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan vətəndaşlarla söhbətlər aparılır, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur və koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları izah edilir.
Yoxlama zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını pozan vətəndaşlar saxlanılıb, onlara zərurət yaranmadığı təqdirdə evlərini tərk etməmələri barədə ciddi tapşırıqlar verilib. Əhaliyə ara məsafəsini gözləməyi, tibbi maska və spirtdən istifadə etmələri tövsiyə olunub. Koronavirus infeksiyasına yoluxmanın sürətini azaltmaq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir.