Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Kəpəz Rayon Bələdiyyəsinin sədri Yaşar Abdullayev Vətən müharibəsində Qazi olmuş hərbi qulluqçuları ziyarət ediblər.
Rəsmilər hərbi əməliyyatlar zamanı yaralanmış Heydərov Emin Şirəli oğlu, Məmmədov Süleyman İlqar oğlu, İrzayev Zöhrab Arzu oğlu və Əhmədov Arzu Cəmil oğluna baş çəkib qayğıları ilə maraqlanıblar. Görüş zamanı qazilərin keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açılıb, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və yaralanmış hərbçilərimiz daim yaddaşlarda qalacağı bildirilib.
Vətən müharibəsində Qazi olmuş hərbi qulluqçuların bəzi problemlərinin həlli üçün köməklik göstərilib. Qazilər göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.