Ermənistan silahlı qüvvələrinin terroru nəticəsində Gəncə şəhərində zərər görən ailələrə yardım paylanılıb. Erməni terroru nəticəsində zərər çəkən ailələr daim diqqətdə saxlanılırlar. Xeyirsevər insanlarımız tərəfindən həmin şəxslərə yardımlar edilir. Sözügedən yardımlar, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə zərər çəkmiş vətəndaşlara təqdim olunub. Noyabrın 21-də Kəpəz Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Erməni terroru nəticəsində zərər görən şəxslərə isti geyim və ehtiyac duyduqları müxtəlif əşyalar təqdim olunub. Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Gəncəni ümumilikdə 5 dəfə raket atəşinə tutub. Nəticədə 26 dinc sakin həlak olub, 120-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.