Kəpəz Rayon ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Belə ki, rayonda epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq, təxirəsalınmaz işlər görülür. Koronavirus infeksiyasına yoluxmanın sürətini azaltmaq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə sosial təcridin gücləndirilməsi, habelə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması mobil qruplar tərəfindən gücləndirilib. Rayon ərazisində izahetmə-xəbərdarlıq işləri aparılaraq, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələri tibbi maskadan istifadə etmələri tövsiyə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verdiyi qərarlara əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib. Həmçinin, sakinlərə spirt, tibbi maskalar paylanılıb.
Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.