Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. 18.09.2020-ci il tarixdə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq Kəpəz Rayon İcra Hakimiyyətində vətəndaşlarla onlayn qəbul keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon sakinlərinin müraciətləri dinlənilmiş və onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər vermişdir. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınmışdır.
Qəbula yazılanlar səmimi qəbula görə RİH-nin başçısına razılıqlarını bildirdilər.